elə bil Çingiz-xan buralardan keçib

as if a herd of wild horses trampled everything down / everything is at sixes and sevens / everything is topsy-turvy / all in a tumble как (будто, словно, точно) Мамай прошёл (полнейший беспорядок, разгром, страшное опустошение где-либо)
elə bil çiçəyi çırtladı
elə bil çiynimdən dağ düşdü
OBASTAN VİKİ
Çingiz Xan
Çingiz xan və ya Timuçin (monq. Чингис Хаан; təq. 31 may 1162 – 18 avqust 1227 və ya 25 avqust 1227) — Monqol hökmdarı və sərkərdəsi. Monqol qəbilələrini bir bayraq altında birləşdirərək, insanlıq tarixindəki ən böyük ikinci imperiya olmuş Böyük Monqol imperiyasını (1206–1368) qurmuşdur. Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə — bozqır aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər ölkələrdəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nur və Buar-nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Nayman qəbiləsi isə keraitlərdən qərbdə məskən salmışdı.
Bil
Bil (ing. Biel/Bienne) — İsveçrənin şimal qərbində, Bern kantonunda şəhər. == Əhalisi == Əhalisi 51,6 min (2011; şəhərətrafı ilə təqribən 75 min). == Coğrafiyası == Yura dağ massivinin şərq ətəyində, Aare çayı sahilindədir. İri nəqliyyat qovşağı. Bil Sürix–Lozanna, Bern–Bazel, Bil–Le-Lokl mühüm dəmiryol xətlərinin kəsişdiyi yerdədir. Şəhərdən Sürix–Zolo turn–Nevşatel–Bezanson (Fransa) və Bern–Bil avtomobil magistralları keçir. Bil gölü sahilində yerli əhəmiyyətə malik portdur. == Tarixi == 1230-cu ildən məlumdur. == İqtisadiyyatı == İqtisadiyyatında xidmət sektoru üstünlük təşkil edir (turizm, rabitə və nəqliyyat, işgüzar xidmətlər).
Temuçin (Çingiz xan)
Çingiz xan və ya Timuçin (monq. Чингис Хаан; təq. 31 may 1162 – 18 avqust 1227 və ya 25 avqust 1227) — Monqol hökmdarı və sərkərdəsi. Monqol qəbilələrini bir bayraq altında birləşdirərək, insanlıq tarixindəki ən böyük ikinci imperiya olmuş Böyük Monqol imperiyasını (1206–1368) qurmuşdur. Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə — bozqır aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər ölkələrdəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nur və Buar-nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Nayman qəbiləsi isə keraitlərdən qərbdə məskən salmışdı.
Çingiz Xan (qrup)
Dschinghis Khan (alman dilindən — "Chenghis Khan") 1979-cu ildə musiqi prodüseri Ralf Siegel tərəfindən dördüncü yeri tutduğu Eurovision Mahnı Müsabiqəsində iştirak etmək üçün Almaniyada yaradılan Qərbi Alman diskoteka qrupudur. O, daha çox "Dschinghis Khan", "Moskau", "Rocking Son of Dschinghis Khan" kimi mahnıları ifa etməklə tanınır.
Çingiz xan (dəqiqləşdirmə)
Çingiz xan – Böyük Monqol imperiyasının yaradıcısı və böyük Monqol hökmdarı. Çingiz xan (film, 2018) – Çingiz xan haqqında 2018-ci ildə çəkilmiş olan Çin filmi. Çingiz xan (film, 1965) – Çingiz xan haqqında 1965-ci ildə çəkilmiş olan ABŞ filmi. Çingiz xan: torpağın və dənizin axırına qədər (film, 2007) – Yaponiya və Monqolustan istehsalı olan müştərək film. Çingiz xan (film, 2007) – Rusiya, Qazaxıstan və Almaniya istehsalı olan müştərək film.
Çingiz xan imperiyası
Monqol imperiyası (monq. Их Монгол Улс), köhnə mənbələrdə Monqol feodal imperiyası — XIII əsrdə yaranmış monqol imperiyası. XII əsrdə monqollarda qəbilə quruluşu dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur. 1206-cı ildə Onon çayı sahilində keçirilən qurultayda Temuçin xaqan oldu və Çingiz xan adlandırıldı. O, 1207–1211-ci illərdə Sibiri və Türküstanı, 1215-ci ildə Şimali Çini işğal etdi. Çingiz xan 1219–1220-ci illərdə isə Buxara, Səmərqənd, Üzgənc və Otrarı tutdu. 1227-ci ildə Çingiz xan öldü və böyük xaqan Ugedey oldu. Monqolustan Çingiz xanın 4 oğlu: Ugedey, Cağatay, Cuci, Tuli arasında bölüşdürüldü.
Eldən-elə
Eldən-elə — Əzizə Cəfərzadənin Zeynalabdin Şirvanidən bəhs edən tarixi romanı. == Haqqında == Yazıçının "Xoş gördük, səyyah" adlı povestinin yenidən işlənmiş və genişləndirilmiş variantı kimi təqdim etdiyi "Eldən-elə" romanı Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatından bəhs edir. "Eldən-elə" romanını Əzizə Cəfərzadə atası Məhəmməd Cəfər oğluna və coğrafiyaşünas alim Nurəddin Kərimovun xatirəsinə həsr etmişdir. Əsər 1992-ci ildə qələmə alınmışdır. == Məzmun == Həyatının otuz yeddi ilini səyahətlərdə keçirmiş olan bu görkəmli səyyah-mütəfəkkirin ömür yolunu vərəq-vərəq izləmiş, bir çox məqamlara aydınlıq gətirmişdir. Roman Zeynalabdin Şirvaninin uşaqlıq illəri ilə başlayır, beləcə səyyahın ömrünün sonunadək təsvir olunur. Burada alimin İran, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya, ərəb ölkələrinə səyahəti haqqında geniş təfsilatlı məlumat vermişdir. Ölkələr haqqında verilmiş zəngin məlumatlar əsərin oxunaqlılığını və inandırıcılığını təmin edir. Əsərdə Zeynalabdin Şirvaninin atası İsgəndər, anası Şirinbəyim,qardaşı Məhəmmədəli obrazları da yaradılmışdır. Atası çox ciddi, zəhmli, dininə çox bağlı biri kimi təsvir olunur.
Kef Elə
"Kef Elə" — Hüseyn Dərya tərəfindən ifa olunan rep.
Bil Geyts
III Vilyam Henri Geyts (ing. Bill Gates; 28 oktyabr 1955[…], Sietl, Vaşinqton) — Amerikalı biznes maqnatı, investor, xeyriyyəçi və yazıçı, uşaqlıq dostu Pol Allen ilə birlikdə proqram təminatı nəhəngi Microsoft-un qurucusu kimi tanınır. Microsoft-dakı karyerası ərzində 2014-cü ilin may ayına qədər onun ən böyük fərdi səhmdarı olmaqla yanaşı, sədri, baş icraçı direktoru (CEO), prezidenti və baş proqram təminatı arxitektoru vəzifələrində çalışıb. O, 1970–1980-ci illərin mikrokompüter inqilabının əsas təşəbbüskarı olub. Geyts Vaşinqtonun Sietl şəhərində anadan olub və burada böyüyüb. 1975-ci ildə o və Allen birlikdə Nyu-Meksiko ştatının Albukerke şəhərində Microsoft-u qurdu və bu, daha sonra dünyanın ən böyük fərdi kompüter proqram təminatı şirkəti oldu. Geyts 2000-ci ilin yanvarında baş direktor vəzifəsini tərk edənə qədər şirkətə sədr və baş icraçı direktor kimi rəhbərlik edirdi, lakin o, direktorlar şurasının sədri olaraq qaldı və baş proqram təminatı arxitektoru oldu. 1990-cı illərin sonunda o, rəqabətə zidd hesab edilən biznes taktikasına görə tənqid olunub. Bu fikir çoxsaylı məhkəmə qərarları ilə təsdiqlənib. 2008-ci ilin iyun ayında Geyts Microsoft-da yarım ştatlı və 2000-ci ildə həyat yoldaşı Melinda ilə birlikdə qurduğu özəl xeyriyyə fondu olan Bill və Melinda Geyts Fondunda isə tam ştatlı işə keçdi.
Bil Klinton
Bill Klinton (ing. William Jefferson "Bill" Clinton; 19 avqust 1946[…]) — Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993–2001). O, Franklin Delano Ruzveltdən sonra Demokrat partiyasından iki dəfə ard-arda seçilmiş ilk prezidentdir. Onun prezidentliyi dövründə ABŞ öz tarixinin ən sülhsevər ve parlaq iqtisadi dövrlərindən birini yaşamışdır. Bununla yanaşı, onun hakimiyyəti dövründə ABŞ Yuqoslaviyaya qarşı (1999) genişmiqyaslı hərbi kampaniya təşkil etmişdir. 1998-ci ildə mətbuatda Bill Klintonun öz katibəsi Monika Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar yayıldı. Bu xəbərlər prezidentin qeyd olunan məsələ ilə bağlı yalan danışdığı iddialarına səbəb oldu və ona qarşı impiçment prosedurunun başlanması ilə nəticələndi, lakin sonda ABŞ Senatı impiçment tələbini rədd edən qərar qəbul etdi. Bununla da Bill Klinton ABŞ tarixində məsuliyyətə cəlb olunan 3-cü ABŞ Prezidenti oldu. Belə ki, 1868-ci ildə Endrü Conson impiçmentə məruz qalsa da vəzifəsini saxlaya bilmiş, 1974-cü ildə isə Riçard Nikson impiçment prosedurunu gözləmədən istefa vermişdi. == Həyatı == Klinton,19 avqust 1946-cı ildə Arkanzasın Hop şəhərində dünyaya gəlib.
Bil Qeyts
III Vilyam Henri Geyts (ing. Bill Gates; 28 oktyabr 1955[…], Sietl, Vaşinqton) — Amerikalı biznes maqnatı, investor, xeyriyyəçi və yazıçı, uşaqlıq dostu Pol Allen ilə birlikdə proqram təminatı nəhəngi Microsoft-un qurucusu kimi tanınır. Microsoft-dakı karyerası ərzində 2014-cü ilin may ayına qədər onun ən böyük fərdi səhmdarı olmaqla yanaşı, sədri, baş icraçı direktoru (CEO), prezidenti və baş proqram təminatı arxitektoru vəzifələrində çalışıb. O, 1970–1980-ci illərin mikrokompüter inqilabının əsas təşəbbüskarı olub. Geyts Vaşinqtonun Sietl şəhərində anadan olub və burada böyüyüb. 1975-ci ildə o və Allen birlikdə Nyu-Meksiko ştatının Albukerke şəhərində Microsoft-u qurdu və bu, daha sonra dünyanın ən böyük fərdi kompüter proqram təminatı şirkəti oldu. Geyts 2000-ci ilin yanvarında baş direktor vəzifəsini tərk edənə qədər şirkətə sədr və baş icraçı direktor kimi rəhbərlik edirdi, lakin o, direktorlar şurasının sədri olaraq qaldı və baş proqram təminatı arxitektoru oldu. 1990-cı illərin sonunda o, rəqabətə zidd hesab edilən biznes taktikasına görə tənqid olunub. Bu fikir çoxsaylı məhkəmə qərarları ilə təsdiqlənib. 2008-ci ilin iyun ayında Geyts Microsoft-da yarım ştatlı və 2000-ci ildə həyat yoldaşı Melinda ilə birlikdə qurduğu özəl xeyriyyə fondu olan Bill və Melinda Geyts Fondunda isə tam ştatlı işə keçdi.
Cessika Bil
Cessika Kler Bil (3 mart 1982[…], İli[d], Minnesota, ABŞ) — amerikalı aktrisa və keçmiş modeldir. "Yeddinci göy" serialında çəkilib. Hobbiləri arasında futbol, qaçış və yoqa vardır.
Çingiz
Çingiz — Kişi adı, təxəllüs. Çingiz xan — Çingiz Qacar — Çingiz Əliyev Çingiz Əliyev (rektor) — Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru. Çingiz Əliyev (geoloq) — AMEA-nın müxbir üzvü. Çingiz Əliyev (deputat) — Qızıl şəhərinin deputatı. Çingiz Axundov Çingiz Axundov (dirijor) — Azərbaycan Respublikasının Xalq artisti. Çingiz Axundov (tarixçi) — Azərbaycan tarixçisi. Yaşayış məntəqələri Çingiz (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd.
Çingiz xan (film, 1965)
"Çingiz xan" — Film. Uşaqlara valideynləri ilə birlikdə baxmaq tövsiyə olunur. Monqol xanı Çingiz xanın həyatı haqqında tarixi filmdir. Onun uşaqlıq çağından ümummonqol xanı olana qədər keçdiyi yol filmdə canlanır. O, tarixin böyük fatehlərinə çevrilir. Həyatını döyüşlərə həsr etdiyindən xeyli torpaq və xalq əlinə keçirir… Stiven Boyd — Camuqa Ömər Şərif — Temucin, sonra Çingiz xan Ceyms Meyson — Kam Linq Eli Vollax — Xarəzmşah Fransuaza Dorleak — Borte Telli Savalas — Şan Çingiz xan Çingiz xan — Internet Movie Database saytında.
Çingiz xan (film, 2018)
Çingiz xan (çincə: 战神纪) — Jan-Jak Annaud və Hasi Çaolu tərəfindən çəkilmiş Çin fantastik filmidir. Filmin ilk olaraq 22 dekabr 2017-ci ildə Çində nümayişi planlaşdırılırdı, lakin daha sonra çəkilişdən sonrakı işlərə daha çox vaxt vermək üçün 28 aprel 2018-ci il tarixinə qədər təxirə salınmışdır. Çingiz xan filmi həm də 8-ci Pekin Beynəlxalq Film Festivalının final filmi olmuşdur. Temujin (William Chan) atasını gənc yaşda itirən və anası tərəfindən böyüdülmüş monqol liderinin oğludur. Yetkinlik yaşına çatan Temuçin uşaqlıq sevgilisi Borte (Linq Yun) ilə evlənmək üçün Unqirat qəbiləsinə gedir, lakin evə qayıdan Temuçin əmisi Tarqutay (Çjao Lixin) tərəfindən əvvəlcədən ona qarşı hazırlanmış olan tələyə düşür və Borte tezliklə ələ keçirilir. Onunla qardaş olmağa and içmiş qan qardaşı Camukha (Li Guangjie) və qoca şamanın dəstəyi ilə Temuçin Borteni geri almaq və çölü yaxınlaşan təhlükədən xilas etmək üçün səyahətə çıxır.
Eldən-elə (roman)
Eldən-elə — Əzizə Cəfərzadənin Zeynalabdin Şirvanidən bəhs edən tarixi romanı. == Haqqında == Yazıçının "Xoş gördük, səyyah" adlı povestinin yenidən işlənmiş və genişləndirilmiş variantı kimi təqdim etdiyi "Eldən-elə" romanı Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatından bəhs edir. "Eldən-elə" romanını Əzizə Cəfərzadə atası Məhəmməd Cəfər oğluna və coğrafiyaşünas alim Nurəddin Kərimovun xatirəsinə həsr etmişdir. Əsər 1992-ci ildə qələmə alınmışdır. == Məzmun == Həyatının otuz yeddi ilini səyahətlərdə keçirmiş olan bu görkəmli səyyah-mütəfəkkirin ömür yolunu vərəq-vərəq izləmiş, bir çox məqamlara aydınlıq gətirmişdir. Roman Zeynalabdin Şirvaninin uşaqlıq illəri ilə başlayır, beləcə səyyahın ömrünün sonunadək təsvir olunur. Burada alimin İran, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya, ərəb ölkələrinə səyahəti haqqında geniş təfsilatlı məlumat vermişdir. Ölkələr haqqında verilmiş zəngin məlumatlar əsərin oxunaqlılığını və inandırıcılığını təmin edir. Əsərdə Zeynalabdin Şirvaninin atası İsgəndər, anası Şirinbəyim,qardaşı Məhəmmədəli obrazları da yaradılmışdır. Atası çox ciddi, zəhmli, dininə çox bağlı biri kimi təsvir olunur.
Kef elə (mahnı)
Uilyam Bil Şenkli
Vilyam Bil Şenkli — şotlandiyalı futbolçu və "Liverpul" futbol klubunun əfsanəvi məşqçisi. U. Şenkli 1913-cü il sentyabrın 2-də Böyük Britaniyanın Şotlandiya əyalətinin Şərqi Eyeşir qraflığında kiçik Qlenbak qəsəbəsində anadan olub. O ailədəki 10 uşaqdan biri idi. Çox keçmədən o peşəkar futbolla məşğul olan 5 qardaşdan biri oldu. Onun qardaşı Bob tezliklə peşəkar məşqçi kimi tanındı və 1962-ci ildə "Dandi" klubuna ölkə çempionluğunu qazandırdı. Futbolçu fəaliyyəti dövründə U. Şenkli bir çox klubların şərəfini qoruyub. 1938-ci ilin aprel ayında o İngiltərə ilə oyunda Şotlandiya yığmasının heyətində debüt etdi. Bundan sonra U. Şenkli yığmada cəmi dörd rəsmi oyuna çıxdı. 1939-cu ildə II Dünya Müharibəsinin başlaması onun yığmadakı karyerasına son qoydu. Lakin o hələ bir müddət müxtəlif klublarda oynamaqda davam etdi və 1949-cu ilin mart ayında futbolçu karyerasına son qoyaraq məşqçiliyə başladı.
Vilyam Bil Şenkli

Çingiz (Baymak)
Çingiz (başq. Сыңғыҙ, rus. Чингизово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Tatlıbay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Baymak): 23 km, kənd sovetliyindən (Tatlıbay): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 68 km. Kənd Samkara çayının sağ sahilində yerləşir. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir.|0 Xusain Faizulloviç Akhmetov (1914-1993) — XX əsrin başqırd bəstəkarı. Rəşidə Qilmutdinovna Tuysina (10 may 1942) — rəqqasə, Rusiyanın əməkdar artisti. Ənvər Zakiroviç Asfəndiyarov (15 may 1934) Sovet və rus tarixçisi, tarix elmləri namizədi, professor, Salavat Yulayev ordenli.
Çingiz Abbasov
Çingiz Abbasov — Azərbaycanın neftçi alimi, Bakı Neft texnikumunun direktoru (1973–1981), 80 texnikum üzrə direktorlar şurasının sədri (1974–1980). Çingiz İsgəndər oğlu Abbasov 27 noyabr 1926-cı ildə Laçın rayonunun Sus kəndində anadan olmuşdur. 2–3 yaşında atasını itirmiş və anası 3 uşağını zəhmətkeşlik ruhunda tərbiyə etmişdir. Sus kəndində məktəb olmadığından kənddən 3–4&;km məsafədə yerləşən Qızılca kənd məktəbinə 1936–1938-ci illərdə təhsil almışdır. 1939-cu ilin yayında ailə Laçın şəhərinə köçmüş və təhsilini orada davam etmişdir. 1946-cı ildə Laçın şəhərindəki orta məktəbi "Əla müvəffəqiyyət və nümunəvi əxlaq üçün" Gümüş medalla bitirmişdir və imtahansız M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə bitirmiş və "Dağ mühəndisi" adını almışdır. 1942–1946-cı illərdə — Laçın şəhər orta məktəbində Baş pioner dəstə rəhbəri (eyni zamanda kitabxanaçı) axşamlar isə kinomexanik köməkçisi işləyib. 1951–1952-ci illər — Dövlət elmi-tədqiqat layihə institutunda (indiki Az. NQS. DETLİ) mühəndis. 1952–1958-ci illər — "Lenin Neft" tresti (hazırkı "Balaxanı Neft" NQÇİ) 8-ci mədəndə neftçıxarma ustası (sahə rəisi), 14 və 12-ci mədənlərdə baş mühəndis və 14-cü mədəndə müdir.
Çingiz Abdullayev
Çingiz Akif oğlu Abdullayev (7 aprel 1959, Bakı) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi (müavini), hüquq elmləri doktoru (1991). Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.. Çingiz Abdullayevin dördüncü nəsil hüquqşünaslar nəslindəndir. Ata tərəfdən onun ulu babası hələ 1890-cı illərdə Bakıda vəkil köməkçisi olub. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç. Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976–1981) 2024-cü il 13 aprel tarixində reanimasiyaya yerləşdirilib. Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984–1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır.
Çingiz Çiçək
Çingiz Çiçək (1978, Tuncəli) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Çingiz Çiçək 1978-ci ildə Tunceli ilində anadan olub. Mərmərə Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq çalışıb. HDP İstanbul il şöbəsinin həmsədri, HDP İdarə Heyətinin üzvü və HDP həmsədrinin müavini olub. 2009-cu ildə Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan sabiq lideri Abdullah Öcalanın hüquqlarını müdafiə edib. 2011-ci ildə Abdullah Öcalanı təmsil edən 45 digər hüquq müdafiəçisi ilə birgə həbs edilib. 2014-cü ilin martında Kürdüstan İcmalar İttifaqı (KCK) ilə əlaqəli fəaliyyətlərdə ittiham olunaraq istintaqa cəlb edilən digər doqquz hüquq müdafiəçisi ilə birgə sərbəst buraxılıb. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Çingiz Əsgərov
Çingiz İsgəndər oğlu Əsgərov ( ) — azərbaycanlı hüquqşünas; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi (2013—h/h), Azərbaycan Ali Məhkəməsi sədrinin müavini və hakimi (2020—h/h). Çingiz İsgəndər oğlu Əsgərov 1973-cü ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən fərqlənmə diplomu ilə məzun olub. 1989-1991-ci illərdə “NORD” Elmi-İstehsalat Birliyinin hüquq bürosunda çalışıb. 1994-1998-ci illərdə Azərbaycan Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsində mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb. 1998-2000-ci illərdə Azərbaycan Prezidentinin İcra Aparatı Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri üzrə sektorunda referent vəzifəsində çalışıb. 2000-ci ilin yanvar-mart aylarında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) QHT ilə iş şöbəsində ezam olunmuş mütəxəssis olaraq çalışıb. 2000-2003-cü illərdə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyində 1-ci Katib vəzifəsində çalışıb. 2003-2020-ci illərdə Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri olub. 08.12.2003-cü ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (AİHM) yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib.
Çingiz Əlləzov
Çingiz Ayaz oğlu Əlləzov (belar. Чынгіз Аязавіч Аллазаў; 10 iyun 1993, Minsk) — Azərbaycanlı-Belaruslu kikboksçudur. Hal-hazırda ONE Championship ilə müqaviləsi var. O, hazırkı ONE Featherweight Kikboks Dünyası Çempionudur və 2021 ONE Kikboks Featherweight Dünya Grand Prix Qalibidir. 2009-cu ildən peşəkar döyüşçü olan Əlləzov, keçmiş K-1 Super Welterweight Çempionu, keçmiş iki çəki üzrə WAKO-Pro K-1 qaydaları çempionu, keçmiş Nuit des Champions Super Welterweight çempionu və iki dəfə A1 yüngül çəkili turnir qalibidir. 2023-cü ilin martından etibarən, Combat Press və Beyond Kickboxing tərəfindən dünyanın ən yaxşı yüngül çəkili və pound-for-pound kikboksçusu kimi sıralanır. == Həyatı == Çingiz Əlləzov 1993-cü il iyunun 10-da Gürcüstanla Azərbaycan sərhədində yerləşən Qardabaninin Jandar kəndində doğulub. Ailəsi 1994-cü ildə Minskə, Belarus köçüb. Biznes üzrə diplomu var. == Kikboks karyerası == === Erkən karyera === Çingiz 10 yaşında özünü müdafiə bacarıqları qazanmaq üçün Tay boksu ilə məşğul olmağa başladı.